Yanvar-noyabr aylarında Qəbələ rayonundakı otel və mehmanxana tipli müəssisələrə 73 min 220 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 35 min 73 nəfəri və ya 47,9 faizi Azərbaycan, 38 min 147 nəfəri və ya 52,1 faizi xarici ölkə vətəndaşı olub.
FED.az xəbər verir ki, bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, yanvar-noyabr aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanı vətəndaşları üstünlük təşkil edib. Belə ki, on bir ayda bu ölkənin 11 min 421 vətəndaşı Qəbələdə olub.
Bu müddət ərzində Qəbələyə Hindistandan 7648, Birləşmiş Ərəb Əmirliklərindən 5842, Küveytdən 2711, İsraildən 1630, Pakistandan 1194, Rusiyadan 1012, Qətərdən 824, Omandan 672 turist səfər edib. Bundan əlavə, həmin müddətdə Qəbələyə Türkiyə, Bəhreyn, Qazaxıstan, ABŞ və digər ölkələrdən də xeyli sayda əcnəbi turist gəlib.
On bir ayda Qəbələ rayonu ərazisində yerləşən 18 mehmanxana və mehmanxana tipli müəssisədən 15-i fəaliyyət göstərib. Bir gün qalmaq üçün orta qiymət 106,6 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. (Azərtac)