"Azərbaycanda investisiya təşviqi mexanizmi genişləndirilib. Hazırda 17 strateji istiqaməti əhatə edən bu mexanizmin müddəti 2029-cu ilə qədər uzadılıb".
"Azərbaycan Biznesinin İnkişafı Fondu" 8 ayda 223 milyon manat güzəştli kredit ayırıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən "III Milli Rəqabət Forumu"nda deyib.
Onun sözlərinə görə, sentyabrın birinə ölkədə 528 sahibkarlıq subyektinə 633 investisiya təşviq sənədi verilib:
"Həmin layihələr üzrə 9,3 milyard manat investisiya və təqribən 47 min iş yerinin yaradılması nəzərdə tutulur".














