Ölkənin ən kiçik banklarından biri «Bank Avrasiya» 2026-cı üçüncü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bankın xalis mənfəəti azalıb, bizneslərə daha az kredit ayrılıb və şirkətlərin bankdakı pulları azalmaqda davam edib.
Beləliklə, cari ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri 13 milyon 684 min manat, faiz xərcləri 2 milyon 988 min manat olub. Bankın faiz xərcləri faiz gəlirlərindən daha sürətli artıb – 65,5%-ə qarşı - 12,1%.
Faiz gəlirlərində - müştərilərə verilmiş kreditlərdən gəlirlər 10 milyon 531 min manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 373 min manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 864 min manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 37 min manat, digər faiz gəlirləri 578 min manat olub.
Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatların həcmi illik müqayisədə 696 min manat və ya 2,2 dəfə azalaraq 582 min manata düşüb.
Faiz xərclərində - depozitlər üzrə ödənilmiş faizlər 1 milyon 503 min manat, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 1 milyon 484 min manat, digər faiz xərcləri 900 manat təşkil edib.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2 milyon 568 min manata, qeyri-faiz xərcləri 8 milyon 536 min manata bərabər olub. Qeyri-faiz xərclərində artım qeyri-faiz gəlirlərinə nisbətən daha sürətli olub.
Qeyri-faiz xərclərinin – 3 milyon 425 min manatı əmək haqqına, 570 min manatı ümumi və inzibati xərclərə, 589 min manatı amortizasiya xərclərinə, 3 milyon 952 min manatı digər xərclərə sərf olunub.
Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarının həcmi 763 min manat və ya 3,4 dəfə azalaraq 314 min manata düşüb.
Yekunda, cari ilin üçüncü rübünün nəticələrinə görə, «Bank Avrasiya»nın xalis mənfəəti 3 milyon 996 min manata düşüb. Halbuki, ötən ilin eyni dövrünü bank 5 milyon 706 min manat xalis mənfəətlə bağlamışdı. İllik azalma 1 milyon 710 min manat və ya 30% təşkil edib.
Bəhs olunan dövrün sonunda «Bank Avrasiya»nın cəmi aktivləri 239 milyon manata bərabər olub. Aktivlərin 139,5 milyon manatı (58,3%-i) kredit portfelinin payına düşüb. Kredit portfelində biznes kreditlərinin həcmi 4,3 milyon manat (7,8%) azalaraq 51,2 milyon manata düşüb. İstehlak kreditləri 26,7 milyon manata, daşınmaz əmlak kreditləri 61,6 milyon manata bərabər olub.
Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 30 milyon manat, ticarət və investisiya qiymətli kağızları 6 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitlər 62 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər 4,5 milyon manat təşkil edib.
Cari ilin üçüncü rübünün sonunda bankın cəmi öhdəlikləri 144,8 milyon manata bərabər olub. Öhdəliklərin həcmi ilin əvvəlindən bəri 20 milyon 254 min manat (16,3%) artıb.
Öhdəliklərin 89 milyon 723 min manatı və ya 62%-i depozit portfelinin payına düşür. Depozit portfelində hüquqi şəxslərin depozitlərinin həcmi son 9 ayda 782 min manat (7,7%) azalaraq 9 milyon 352 min manata düşüb. Fiziki şəxslərin depozitlərinin həcmi 80 milyon 372 min manata bərabər olub. Digər öhdəliklər 1 milyon 329 min manatdır.
Bankın Mərkəzi Bank qarşısındakı öhdəlikləri də kifayət qədərdir – 53 milyon 727 min manat və ya ümumi öhdəliklərin 37,1%-i qədər.
Nəticə olaraq, üçüncü rübün yekununda «Bank Avrasiya»nın cəmi kapitalı 94 milyon 374 min manata bərabər olub. Kapitalın 71,8 milyon manatı səhmdar kapitalının, 19 mlyon 678 min manatı bölüşdürülməmiş mənfəətin, 2 milyon 896 min manatl ümumi ehtiyatların payına düşüb.






![«Bank Avrasiya» yenə geriləyir – [red]MƏNFƏƏT AZALIR - HESABAT[/red] | FED.az](/upload/news/small/2962097.jpg)
![«Bank Avrasiya» yenə geriləyir – [red]MƏNFƏƏT AZALIR - HESABAT[/red] | FED.az](/upload/news/small/4559674.jpeg)
![«Bank Avrasiya» yenə geriləyir – [red]MƏNFƏƏT AZALIR - HESABAT[/red] | FED.az](/upload/news/small/294573.jpeg)









