Mərkəzi Bankın İdarə Heyətinin 2026-cı il 15 sentyabr tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiq edilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərinin sessiyaları üzrə xidmət haqqı tarifləri eyniləşdirilib.
Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - RƏSMİ
FED.az xəbər verir ki, bunu bankın ödəniş xidmətləri və ödəniş sistemlərinin inkişafı və siyasəti şöbəsinin rəisi Rəşad Qasımov deyib.
O bildirib ki, real vaxt rejimində hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma-klirinq sistemi üzrə xidmət haqqı tariflərinin yuxarı həddi müvafiq olaraq 2 və 1,5 dəfə endirilib. Yeni tarif modelində ödəniş sistemləri üzrə xidmət haqqı tarifləri vaxtdan asılı olmayaraq, əməliyyat həcminin intervallara uyğun olaraq stabil tariflərlə tətbiqini nəzərdə tutur. Ani Ödənişlər Sistemi üzrə xidmət haqqı tarifləri digər sistemlərlə müqayisədə daha aşağı müəyyən edilib. Əsas məqsəd 24/7 rejimində fəaliyyət göstərən ani ödənişlər sistemindən istifadənin stimullaşdırılması və innovativ həllərə əlçatanlığın artırılmasıdır.
Banklararası kart mərkəzi üzrə emal olunan əməliyyatlar üzrə də xidmət haqları müəyyən edilib. Bu xidmət haqları Mərkəzi Bankın operatoru olduğu ödəniş sisteminin iştirakçıları, habelə banklar, operatorlar və digər qurumlar üzrə müəyyən edilmiş xidmət haqlarıdır. Müvafiq xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.
Mərkəzi Bank tərəfindən təsdiq edilmiş Banklararası Kart Mərkəzi (BKM) üzrə tariflər yalnız infrastruktura daxil olan iştirakçılara (banklar və ödəniş təşkilatlarına) tətbiq edilən komissiyalardır. Bu komissiyalar BKM sistemində emal olunan əməliyyatlara görə bilavasitə iştirakçı institutlardan tutulacaq və son istifadəçilərə (vətəndaşlara) bilavasitə şamil olunmur.













