Azərbaycanın bank sektorunun liderlərindən olan «Unibank»ın 2026-cı il üçüncü rübün sonuna olan maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 222,9 milyon manat, faiz xərcləri 94,2 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 39,3 milyon manat (21,4%), faiz xərcləri 20,6 milyon manat (28%) artıb.
«Unibank»ın əsas gəlir mənbəyi kreditlərdən gələn faizlərdir. 3-cü rübün sonuna faiz gəlirlərinin – 208,7 milyon manatı müştərilərə verilmiş kreditlərin, 1,3 milyon manatı banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirlərinin payına düşüb.
Bundan başqa, ilk 9 ayda «Unibank» banklar və digər maliyyə institutlarında yerləşdirdiyi dividendlərdən 5 milyon manat, pul yatırdığı qiymətli kağızlardan isə 4,2 milyon manat faiz gəliri əldə edib.
Faiz xərclərinin isə 3-də 2-si əmanətlərə grə ödənilən faizlərin payına düşüb. İlk 9 ayda «Unibank» bankda pulu olan şirkət və vətəndaşlara 65,7 milyon manat faiz ödəyib. Eləcə də bu dövrdə bank, aldığı kreditlər üzrə də 31,4 milyon manat faiz ödəyib.
Nəticədə dövrün sonuna bankın xalis faiz gəlirləri 123 milyon manata bərabər olub ki, bu da, illik müqayisədə 18,2 milyon manat və ya 17,4% çoxdur.
Hesabat dövrünün sonunda bankın qeyri-faiz gəlirləri 110 milyon manat, qeyri-faiz xərcləri 179,8 milyon manat təşkil edib.
Qeyri-faiz gəlirlərinin 80%-i komissiya haqlarıdır. Bundan başqa, «Unibank» passiv formada - xarici valyuta əməliyyatlarından 19 milyon manat qazanıb.
Qeyri-faiz xərclərinin 3-də biri əmək haqlarına sərf edilib. Bu dövrdə «Unibank»ın işçilərinə 62,6 milyon manat əmək haqqı ödənilib. İnzibati xərclər 38,7 milyon manat olub. Bankın amortizasiya xərcləri böyüyərək 12 milyon manata, digər xərclər 66 milyon 300 min manata yüksəlib.
Bütən gəlir xərcləri çıxandan sonra ilk 9 ayda «Unibank»ın əməliyyat mənfəəti 53 milyon manat olub, bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 milyon manat və ya 27% çoxdur.
Dövrün sonuna bank mümkün zərərlərdən qorunmaq üçün təqribən 21 milyon manat ehtiyat ayırıb, onu çıxandan sonra Bankın verjdən əvvəlki mənfəəti 32,4 milyon manat olub.
5,8 milyon manat mənfəət vergisi ödənişindən sonra isə xalis mənfəət 26,6 milyon manat təşkil edib. Bu, ötən ilin ilk 9 ayında qeydə alınan 15,4 milyon manata qarşı 11,2 milyon manat, yaxud da 73% çoxdur.
Cari ilin üçüncü rübünün sonunda «Unibank»ın aktivlərinin həcmi 2 milyard 374 min manat təşkil edib. Bu, cari ilin əvvəlindən bəri 241 milyon manat və ya 11,3% daha çoxdur.
Aktivlərin 1 milyard 528 milyon manatı kredit portfelinin payına düşüb. Kredit portfeli son 9 ayda 223 milyon manat (17,1%) artıb. İstehlak kreditləri 29,4 milyon manat (4,5%) artaraq 676,6 milyon manata, biznes kreditləri 178,2 milyon manat (32,1%) artaraq 732,8 milyon manata, daşınmaz əmlak kreditləri 16 milyon manat (15,5%) artaraq 118,9 milyon manata yüksəlib.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 368,7 milyon manata, ticarət və investisiya qiymətli kağızları 102,5 milyon manata, banklar və digər maliyyə institutlarındakı depozitlər 35,2 milyon manata, banklar və digər maliyyə institutlarına verilən kreditlər 18,4 milyon manat təşkil edib.
Hesabat dövrünün sonunda bankın cəmi öhdəlikləri 2 milyard 149 milyon manat olmaqla, son 6 ayda 209 milyon manat, yaxud da 10,8% artıb.
Ödəliklərin 1 milyard 442 milyon manatı bankdakı depozitlərin payına düşür. Depozitlərin həcmi ilin əvvəlindən bəri 64 milyon manat (4,6%) artıb. Fiziki şəxslərin depozitləri 23 milyon manat (2,1%) artaraq 1 milyard 112 milyon manata, hüquqi şəxslərin depozitləri 40,3 milyon manat (14%) artaraq 329,2 milyon manata yüksəlib.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 467 milyon manata, borc qiymətli kağızları 17,4 milyon manata, subordinasiya borc öhdəlikləri 93,2 milyon manata, digər öhdəliklər 124,6 milyon manata bərabər olub.
Nəticə olaraq, bu ilin sentyabr ayının sonunda «Unibank»ın cəmi kapitalı 224,2 milyon manat olub. Kapitalın 138,2 milyon manatı səhmdar kapitalının, 66,9 milyon manatı bölüşdürülməmiş mənfəətin, 18,6 milyon manatı ümumi ehtiyatların payına düşüb.






![«Unibank»dan rekord göstəricilər –[red] MƏNFƏƏTDƏ 73%-LİK ARTIM – SÜRƏTLİ BÖYÜMƏ - HESABAT[/red] | FED.az](/upload/news/small/4271021.jpg)
![«Unibank»dan rekord göstəricilər –[red] MƏNFƏƏTDƏ 73%-LİK ARTIM – SÜRƏTLİ BÖYÜMƏ - HESABAT[/red] | FED.az](/upload/news/small/19097.jpeg)
![«Unibank»dan rekord göstəricilər –[red] MƏNFƏƏTDƏ 73%-LİK ARTIM – SÜRƏTLİ BÖYÜMƏ - HESABAT[/red] | FED.az](/upload/news/small/1362722.jpeg)









