Xalq Bank
Maliyyə Menecmenti İdarəsinin Datanın idarə olunması şöbəsi Aparıcı mütəxəssis / Baş mütəxəssis
Son tarix 14 noy 2026 - Müraciət et
Təsvir
Aşağıdakı istiqamətlərdən bir və ya bir neçəsi üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur:
- Python ilə data emalı, analizi və proseslərin avtomatlaşdırılması (Pandas, NumPy, Regex və s.);
- Python vasitəsilə database bağlantıları, batch processing, logging və error handling;
- Oracle və/və ya SQL Server ilə iş təcrübəsi;
- DWH, ETL/ELT və BI texnologiyaları (Power BI, Tableau, Qlik və s.);
- REST API, JSON, Git və version control;
- Data Catalog, Data Lineage, Data Quality və digər Data Governance alətləri ilə iş təcrübəsi;
- Daxili data monitoring, review və avtomatlaşdırma alətlərinin hazırlanması və təkmilləşdirilməsi;
- Data Governance, Data Management metodologiyaları və müvafiq standartlar üzrə praktiki təcrübə.
Tələblər
- Ali təhsil - İT, kompüter elmləri, informasiya sistemləri, tətbiqi riyaziyyat və ya əlaqəli sahə.
- Relational database, data modelling və normalization prinsipləri haqqında nəzəri və praktiki bilik.
- SQL ilə işləmə, mövcud SQL sorğularını analiz etmə, cədvəllərarası əlaqələri, JOIN, filter və transformasiya məntiqini anlama bacarığı.
- Data analizi, Data Profiling və böyük həcmli məlumatlarla işləmə bacarığı.
- Data Quality problemlərinin (NULL, duplicate, format, validity, consistency, referential integrity, anomal dəyərlər və s.) müəyyən edilməsi və təhlili bacarığı.
- Data Quality qaydalarının formalaşdırılması, texniki vasitələrlə yoxlanılması və aşkar edilmiş problemlərin həll prosesinin izlənilməsi üzrə bilik və bacarıqlar.
- Müxtəlif mənbələrdə saxlanılan məlumatların müqayisəsi, source-target mapping və reconciliation prinsipləri haqqında bilik.
- Data problemlərinin səbəblərinin araşdırılması (Root Cause Analysis), məlumatların mənbədən hesabatlılığa qədər hərəkətinin (Data Flow / Data Lineage) təhlili bacarığı.
- ER diagram, data model və texniki sənədlərlə işləmə bacarığı.
- Data Governance, Data Ownership, Data Stewardship, Metadata Management, Data Catalog, Business Glossary və Data Classification prinsipləri haqqında bilik və ya bu istiqamətlərdə inkişaf etməyə hazırlıq.
- Data Governance üzrə siyasət, standart və prosedurların, Data Quality nəzarətlərinin və məlumatlarla bağlı risklərin idarə olunması prinsipləri haqqında anlayış.
- Biznes proseslərini analiz etmək, biznes tələblərini data və texniki tələblərə çevirmək, aidiyyəti tərəflərlə effektiv kommunikasiya qurmaq bacarığı.
- Texniki və biznes sənədlərinin hazırlanması, analitik nəticələrin və məlumatlarla bağlı problemlərin aydın şəkildə təqdim edilməsi bacarığı.
- Excel ilə yaxşı səviyyədə işləmə bacarığı.
- Analitik düşünmə, problemləri sistemli araşdırma, müstəqil öyrənmə və yeni texnologiyaları iş prosesinə tətbiq etmə bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Risklərin İdarə edilməsi İdarəsinin Kredit riski şöbəsinin aparıcı / böyük mütəxəssisi
Son tarix 14 noy 2026 Müraciət et
Təsvir
- Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin təhlili;
- Risklərin müəyyən olunması və idarə olunması üzrə təkliflərin verilməsi.
Tələblər
- İqtisadi və ya maliyyə sahəsi üzrə ali magistr təhsili;
- Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3-5 il iş təcrübəsi;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
- Portfelin risk göstəricilərini özündə əks etdirən hesabatların hazırlanma və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət baracıqları;
- Kredit və kontragent risklərinin idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə, daxili normativlərə riayət edilməsinə nəzarət etmək;
- Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;
- Kredit risklərinin ölçülməsi, qiymətləndirilməsi üzrə bacarıqlar;
- Kreditləşmə fəaliyyəti üzrə risk limitlərini və əmsalları hesablamaq və bu limitlərə riayət edilməsinə nəzarət üzrə bacarıqlar;
- Kredit portfeli üzrə iflas olma ehtimalı verilməklə ümumi portfelin potensial iflas (default) həcmini proqnozlaşdırmaq üzrə bacarıqlar;
- Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
- Riyazi, statistik və makroiqtisadi biliklər;
- Excel bilikləri vacibdir;
- Python, SQL, Power BI bilikləri arzuolunandır.
- İngilis və rus dili bilikləri;
- CFA və (və ya) FRM sertifikatları arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Quba filialının KOS üzrə müştəri təmsilçisi
Son tarix 14 noy 2026 Müraciət et
Təsvir
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














