Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar–avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır.
Lüks mənzil bazarının gizli qaydaları: Məxfi satışlar və uzunmüddətli sövdələşmələr
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb.
2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əldə etmişdilər.
Cari ilin avqust ayında isə azərbaycanlılar Türkiyədə 92 mənzil alıblar. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 14,8% azdır. İyul ayında 90 mənzil alınmışdı. Beləliklə, aylıq müqayisədə alışlar 2,2% artıb.
Ümumilikdə, 2026-cı ilin yanvar–avqust aylarında Türkiyədə xarici ölkə vətəndaşlarına 13 141 mənzil satılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,3% azdır. Azərbaycan vətəndaşlarının alışları xaricilərə satılan mənzillərin təxminən 4,3%-ni təşkil edib.
Təkcə avqust ayında Türkiyədə xarici vətəndaşlara 1 938 mənzil satılıb. Ən çox mənzil alanlar arasında Rusiya vətəndaşları 343 mənzillə birinci yerdə qərarlaşıblar. Sonrakı yerləri Ukrayna (147 mənzil) və İran (140 mənzil) vətəndaşları tutublar.
Müqayisə üçün, 2025-ci ilin yekununda Azərbaycan vətəndaşları Türkiyədə 983 mənzil əldə etmişdilər.
Beləliklə, ilin səkkiz ayı üzrə Azərbaycan vətəndaşlarının Türkiyə daşınmaz əmlak bazarındakı alışları azalsa da, iyul və avqust aylarında qeydə alınan aylıq göstəricilər ilin ilk yarısındakı orta aylıq səviyyədən yüksək olub. (Banker)













