Çexiyanın Karlovı Varı kurort şəhərinin hava limanı Azərbaycanla birbaşa hava əlaqəsinin təşkilinə maraq göstərir və Qafqaz və Yaxın Şərqdən turist axınının cəlb edilməsi üzərində fəal şəkildə işləyir.
Azərbaycanla Kamboca arasında birbaşa uçuşların açılması üçün danışıqlar barədə razılığa gəlinib
FED.az xəbər verir ki, bu barədə Karlovı Varı Hava Limanının baş və kommersiya direktoru Elis Yustina Undus bildirib.
O vurğulayıb ki, Şərqi Avropa və Qafqaz regionu ölkələrindən olan səyahətçilər arasında Karlovı Varı kurort regionuna ənənəvi olaraq tələbat olub: "Hava limanının administrasiyası birbaşa hava marşrutlarının təşkili məqsədilə Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL), həmçinin Azərbaycanın potensial loukost-daşıyıcıları ilə danışıqlar prosesinə başlamağı planlaşdırır. Biz Qərbi Bohemiyadakı möhtəşəm kurort regionumuzda Azərbaycandan olan qonaqların və turistlərin sayının artmasında son dərəcə maraqlıyıq".
Hava limanının rəhbəri son illərdə sərnişin axını strukturunda yaranan əhəmiyyətli dəyişikliklərə diqqət çəkib: "Hava limanı 2022-ci il hadisələrindən sonra Rusiyadan olan turistlərin axınının kəsilməsi nəticəsində strategiyasını Mərkəzi Asiya və Azərbaycan bazarlarına istiqamətləndirərək dəyişmiş şəraitə uyğunlaşmalı olub". (Report)














