Tikinti materialları bazarının Dərnəgüldən “Abşeron” Ticarət Mərkəzinə köçməsi qiymətlərə təsir edəcək.
Qeydiyyatsız evlərin sənədləşməsində daha bir - YENİLİK - VİDEO
FED.az xəbər verir ki, bunu əmlak və tikinti sektoru üzrə ekspert Firdovsi Xəlilov bildirib.
“Taxta, dəmir, tikinti daşı kimi ağır materiallar satılan yer yük dəmiryoluna yaxın olmalıdır. “Abşeron” Ticarət Mərkəzi Lökbatandakı yük stansiyasının yaxınlığındadır. Materialın qiymətindəki yüksək və gərəksiz xərc elə ağır yükün stansiyadan bazara daşınmasındadır. Bu xərc azalanda qiymət də düşür”, – F.Xəlilov deyib.
Ekspert bildirib ki, Dərnəgül artıq paytaxtın mərkəzi hissəsinə çevrilib və icarə haqları da buna uyğun bahadır. “Abşeron” Ticarət Mərkəzində isə icarə iki-üç dəfə ucuzdur. İcarəyə az xərcləyən satıcı malı da sərfəli qiymətə təklif edə bilir.
F.Xəlilovun sözlərinə görə, yeni məkanda 2000-dən çox sahibkar fəaliyyət göstərir, burada həm yerli, həm də xarici istehsal olan geniş çeşid təklif olunur.
“Alıcı üçün bir yerdə çox seçimin olması həm vaxta, həm də pula qənaətdir. Qiymətləri yerindəcə müqayisə edib ən sərfəlisini seçə bilir”, – ekspert əlavə edib.













