Sumqayıt şəhərində restoran fəaliyyəti göstərən və dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş verginin ödəyicisi olan şəxs dövriyyəsi artdığı üçün yaxın aylarda 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejiminə keçməyi planlaşdırır. 2026-cı ilin yanvar ayında vergi orqanından daxil olan məlumat xarakterli bildirişdə cari ildən ƏDV qeydiyyatı üçün məbləğ limitində nağdsız qaydada formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq olunduğu qeyd edilib. Restoranın ardıcıl 12 ay ərzində ümumi dövriyyəsi 190.000 manat təşkil edib, bu məbləğin isə 150.000 manatı POS-terminal vasitəsilə həyata keçirilib. Şəxs nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimi tətbiq edə bilər?
Azərbaycan və Kamboca arasında vergi və ticarət sazişləri imzalanıb - İkiqat vergitutmanı aradan qaldırır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, 2026-cı ilin yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 218.1-1-ci maddəyə əsasən, bu Məcəllənin 218.1.1-ci və 218.1.2-ci maddələrinə uyğun olaraq, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Eyni zamanda, Azərbaycan Respublikasının 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanununun keçid müddəalarının 18.1- ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 155.1-1-ci və 218.1-1-ci maddələrinin müddəaları 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara münasibətdə tətbiq olunur. Buna əsasən, Vergi Məcəlləsinin 218.1-1-ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin dövriyyə həddi müəyyən edilərkən yalnız 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatları üzrə POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəyə 0,5 əmsal tətbiq edilməklə hesablanır. 2026-cı il yanvarın 1-dək formalaşan dövriyyə POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşsa da ƏDV-nin qeydiyyatı məqsədləri üçün tam şəkildə vergi tutulan əməliyyatlarına aid edilir. Vergi Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olaraq, müəyyən edilmiş vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək üçün dövriyyə həddinin keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində bu barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 155.1-ci və 218.1-1-ci maddələri, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanun













