“İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi” MMC ləğvetmə prosesinə başlayıb.
Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR
FED.az xəbər verir ki, “Vergilər” qəzetinin məlumatına görə, VÖEN-i 1700030121 olan şirkət ləğv olunduğunu elan edib.
Kreditorlar iki ay ərzində tələblərini AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 139 ünvanına təqdim edə bilərlər.
Diqqətçəkən məqam ondan ibarətdir ki, 13 oktyabr 2026-cı ildə ləğv olunduğunu elan edən altı regional müəssisə də kreditor müraciətləri üçün eyni ünvanı göstərmişdi. Həmin müəssisələr arasında “Ucar 3 nömrəli Təmir Quraşdırma”, “Tərtər Barama Müəssisəsi”, “İsmayıllı Avtovağzalı” və “Daşkəsən Tikinti Müəssisəsi” MMC-lər də var.
Qeyd edək ki, bu, ləğvetmə prosesinin başlanması barədə elandır. Hüquqi şəxsin dövlət reyestrindən çıxarılması hələ təsdiqlənməyib.














