Azərbaycana səfər edən turistlərin ölkədə xərclədiyi pul onların gəldiyi ölkədən asılı olaraq ciddi fərqlənir. Bəzi ölkələrdən gələn turistlərin adambaşına xərci 2,4 min manatı ötürür.
Azərbaycana gələn ən “xəsis” turistlər kimlərdir? – TOP-5 ÖLKƏ
2026-cı ilin yanvar–iyul aylarının göstəricilərinə əsasən, Azərbaycanda adambaşına ən çox pul xərcləyən turistlər ABŞ-dan gələnlərdir. ABŞ turistinin Azərbaycanda orta xərci 2 411 manat təşkil edib. Bu, bütün xarici turistlər üzrə 1 713 manatlıq orta göstəricidən təxminən 41% çoxdur.
Hesabat dövründə ABŞ-dan Azərbaycana 10 614 turist gəlib. Onların ölkədə ümumi turizm xərcləri 25 milyon 595 min manat olub.
Adambaşına xərcə görə ikinci yeri Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlər tutur. Azərbaycana BƏƏ-dən 7 286 turist gəlib və onlar ümumilikdə 16 milyon 704 min manat xərcləyiblər. Bir turistə orta hesabla 2 293 manat düşüb.
Üçüncü yerdə Kanada qərarlaşıb. Bu ölkədən gələn 2 439 turistin Azərbaycandakı ümumi xərcləri 5 milyon 544,5 min manat, adambaşına xərc isə 2 273 manat olub.
Azərbaycanda ən çox pul xərcləyən ölkələrin ilk 5-liyinə körfəzin varlı ölkələri - Küveyt və Qətər də daxildir. Küveytdən gələn 5 727 nəfər Azərbaycanda 12 milyon 921 min manat, Qətərdən gələn 771 nəfər isə 1 milyon 728 min manat xərcləyib. Adambaşına göstərici müvafiq olaraq 2 256 manat və 2 242 manatdır.
Başqa sözlə, Azərbaycanda ən çox pul xərcləyən turistlərin ilk 5-liyində 2 Şimali Amerika ölkəsi, eləcə də 3 Körfəz ölkəsi yer alıb.
Azərbaycanda ən çox pul xərcləyən turistlər:
|
Yer |
Ölkə |
Turist sayı |
Ümumi xərc |
1 turistin orta xərci |
|
1 |
ABŞ |
10 614 |
25,595 mln. manat |
2 411 manat |
|
2 |
BƏƏ |
7 286 |
16,704 mln. manat |
2 293 manat |
|
3 |
Kanada |
2 439 |
5,545 mln. manat |
2 273 manat |
|
4 |
Küveyt |
5 727 |
12,921 mln. manat |
2 256 manat |
|
5 |
Qətər |
771 |
1,728 mln. manat |
2 242 manat |














