Azərbaycanda aprelin 1-dən kartdan karta pul köçürmələri üzrə müəyyən edilən yeni xidmət haqqı tariflərinin vətəndaşlara aid olub-olmaması məsələsi müzakirə yaradıb.
Kartdan karta pul köçürmələri üzrə - YENİ TARİFLƏR - MƏBLƏĞLƏR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mərkəzi Bank (AMB) məsələ ilə bağlı bildirib ki, bu dəyişiklik birbaşa Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir: “Yəni bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır.
Mərkəzi Bankın təsdiq etdiyi tariflər Banklararası Kart Mərkəzi infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq olunan komissiyalardır və bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq”.















