Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Azərbaycanın ən yaxşı 70 restoranı seçilib dünyaya tanıdılacaq- 3 RESTORAN «ULDUZ»A NAMİZƏD OLACAQ
FED.az xəbər verir ki, Azərbaycanda qastronomiya və şərab turizminin inkişafı üçün iki yeni ixtisaslaşmış təcrübə mərkəzinin yaradılması planlaşdırılır.
Dövlət Proqramına Bayıl Kulinariya Təcrübə Mərkəzinin yaradılması daxil edilib. Mərkəzdə aşpazların praktiki hazırlığı, ustad dərsləri, kulinariya tədbirləri və yeni məhsulların təqdimatı üçün imkanların yaradılması nəzərdə tutulur.
Xocavənd rayonunun Tuğ kəndində isə Enoturizm Təcrübə Mərkəzinin qurulması planlaşdırılır. Mərkəzin şərab zavodu və üzüm bağlarını əhatə etməsi nəzərdə tutulub.
Layihə ziyarətçilərə üzümün yetişdirilməsindən şərab istehsalınadək olan prosesi müşahidə etmək, yerli məhsullarla tanış olmaq və tematik turizm proqramlarında iştirak etmək imkanı yarada bilər.
İlkin mərhələdə hər iki mərkəz üzrə təhlillər aparılacaq, konsepsiyalar və maliyyələşdirmə təklifləri hazırlanacaq.
Mərkəzlərin 2030-cu ilədək istifadəyə verilməsi, kulinariya mütəxəssislərinin hazırlanmasına və regionlarda yeni turizm marşrutlarının yaradılmasına xidmət etməsi nəzərdə tutulur.













