Bakı hotelləri 2024-cü il ərzində 298 milyon 653 min manat xərcə qarşı cəmi 474 milyon 195 min manat gəlir əldə edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin xərclərdən çox olması nəticəsində hotellər 175 milyon 544 milyon manat mənfəət əldə edib.
Son bir illə müqayisədə gəlirlər 160 milyon manat və ya 51%, xərclər 78 milyon manat və ya 35,3%, mənfəət isə 82,2 milyon manat və ya 88% artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Bakı hotelləri cəmi 93 milyon 376,6 min manat mənfəət əldə etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 314 milyon 117,4 min manat, xərclər isə 220 milyon 740,8 min manat idi.