Şuşa hotelləri 2024-cü il ərzində 10 milyon 199,1 min manat xərcə qarşı cəmi 6 milyon 488 min manat gəlir əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da gəlirlərin xərclərdən xeyli az olması nəticəsində hotellərin 3 milyon 710,8 milyon manat zərər etmələri ilə nəticələnib.
Son bir illə müqayisədə gəlirlər 1 milyon 464,5 min manat və ya 29,8%, xərclər 2 milyon 669,9 min manat və ya 35,5%, zərər isə 1 milyon 205,5 min manat və ya 48,1% artıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə Şuşa hotelləri cəmi 2 milyon 505,4 min manat zərər etmişdi. Belə ki, hotellərin əldə etdiyi gəlirlər 5 milyon 23,8 min manat, xərclər isə 7 milyon 529,2 min manat idi.