Cari ilin 10 ayında Azərbaycana səfər edən turistlərin 63,6%-ni yəni 743 min 450 nəfərini kişilər, 36,4%-ni və ya 425 min 685 nəfərini qadınlar təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Kişi turistlərin sayı illik müqayisədə 102 min 66 nəfər (15,9%), qadın turistlərin sayı 180 min 857 nəfər (73,9%) artıb.
Keçən ilin eyni dövründə bu göstərici müvafiq olaraq 641 min 384 nəfər və 244 min 828 nəfər olub.