Cari ilin 10 ayında turist məqsədi ilə gələnlərin əksəriyyətini, 313 min 505 nəfərini 36-45 yaş aralığında olan şəxslər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin Hesabatına istinadən xəbər verir.
Bundan başqa gələnlərin 211 min 074 nəfəri 26-35 yaş aralığında, 138 min 109 nəfəri 17 yaşadək olanlar, 245 min 847 nəfəri 46-55 yaş aralığında olanlar 120 min 183 nəfəri 17-25 yaş aralığında 86 min 506 nəfər 56-65 yaş aralığında 53 min 911 nəfər isə 66 və yuxarı yaşda olanlardır.
17 yaşadək turistlərin sayı 51,2%, 18-25 yaşadək turistlərin sayı 33,7%, 26-35 yaşadək turistlərin sayı 20,3%, 36-45 yaşadək turistlərin sayı 32,9%, 46-55 yaşadək turistlərin sayı 16,7%, 56-65 yaşadək turistlərin sayı 40,4%, 66 və yuxarı yaşda olan turistlərin sayı isə illik müqayisədə 2,5 dəfə artıb.