Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 723 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrünə nisbətən 400,4 min nəfər (30,3%) çoxdur.
2022-ci ilin eyni dövründə bu göstərici 1 milyon 323 min nəfərdən çox olub.
Hesabat dövründə səfər edənlərin 1 milyon 169 min nəfəri turizm məqədi ilə, 554,4 min nəfəri isə digər məqsədlərlə gəlib.
Turizm məqsədi ilə gələnlərin sayı son bir ildə 283 min nəfərə yaxın (31,9%), digər məqsədlərlə gələnlərin sayı isə təxminən 117,4 min nəfər (26,9%) artıb.
Turist kimi gələnlər ümumi gələnlərin 67,8%-ni, digər şəxslər isə 32,2%-ni təşkil edib.
Keçən ilin müvafiq dövründə isə bu rəqəmlər müvafiq olaraq 67% və 33% təşkil edib.