Xəbər verildiyi kimi, «AZAL» Fransanın paytaxtı Parisə təyyarə reyslərini bərpa etməyə hazırlaşır.
“Buta Airways” Rusiyanın məşhur kurortuna - UÇUŞLARA BAŞLAYIR - QİYMƏT
Yeni uçuşlar turizm mövsümünün əvvəlindən – may ayından başlayır.
FED.az xəbər verir ki, AZAL-ın yeni reysi ilə Parisə uçub qayıtmaq 960 manatdan başlayacaq.
Bakıdan Parisə uçuş minimum 460 manata, əks istiqamətdə isə 500 manata başa gəlir.
Bu AZAL-ın ən qənaətli (Economy (Lite)) sinfinə aid qiymətlərdir. Digər uçuş siniflərində - Economy (Classic)-də Bakıdan uçuş 513 manatdan, əks istiqamətə uçuş isə 555 manatdan başlayır – yəni gediş gəliş 1068 manat.
Nəhayət, Economy (Safe) sinfi ilə uçuşda Bakıdan uçuş 540 manatdan, geri qayıtma 582 manatdan başlayır – yəni gediş-gəliş 1122 manat.
Bakıdan Parisə «biznes» sinifydə uçuşun qiyməti isə 3 min manatdan başlayır – 1460 manat gediş, 1600 manat qaytımaq.