2023-cü ildə Avropa İttifaqında bu ittifaqa axil olmayan ölkələrin vətəndaşlarına 3,7 milyondan çox ilk yaşayış icazəsi verilib. Bu, 2022-ci ilə nisbətən 4,7% artımdır və bu günə qədər qeydə alınan ən yüksək göstəricidir.
Azərbaycandan xaricə köçənlərin sayı - 2 DƏFƏDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, «Eurostat» 2023-cü il üçün Aİ ölkələrinin yaşayış icazələrinin verilməsi ilə bağlı statistikanı açıqlayıb. Ən çox ilkin yaşayış icazəsi Ukrayna (307 min nəfər), Belarus (281 min nəfər) və Hindistan (208 min nəfər) vətəndaşlarına verilib.
Azərbaycandan ABŞ-a «gizli yolla» köçənlərə zərbə – MEKSİKADAN KEÇƏNLƏRƏ OTURUM VERilMƏYƏCƏK
Ötən il Avropaya köçən hər 3 nəfərdən biri buraya işləməyə gəlib. 2023-cü ildə yaşayış icazələrinin verilməsinin əsas səbəbi məşğulluq olub, verilən bütün ilk yaşayış icazələrinin 33,8%-ni (1,3 milyon) təşkil etdi.
Hər 4 nəfərdən biri buraya ailəsi ilə birləşmək üçün, sadə desək evlənmə yolu ilə gəlib. Avropaya köçənlərin 14%-i isə buraya təhsil almaq üçün gəlib. Digər səbəblər, o cümlədən beynəlxalq müdafiə 25,6% (957 min nəfər) təşkil edib.
2023-cü ildə Avropada xaricilərə ən çox «oturum icazəsi» verən ölkə Polşa olub, 640 min icazə və ya bütün icazələrin 17%-i Polşanın payına düşür. Oturum icazələrinin sayına görə, sonrakı yerləri Almaniya, İspaniya və Fransa tutur.
2022-ci illə müqayisədə 2023-cü ildə verilmiş ilk icazələrin ümumi sayında ən böyük nisbi artım Litvada (+79,5%), daha sonra Xorvatiyada (+41,9%) və Rumıniyada (+34,9%) qeydə alınıb.
2022-ci illə müqayisədə verilən icazələrin ümumi sayında ən ciddi azalma Çexiyada (-18,6%) və Kiprdə (-10,9%) qeydə alınıb. İsveç (-9,5%), Polşa (-8,2%) və Almaniyada (-7,3%) az əhəmiyyətli, lakin nəzərəçarpacaq azalmalar da müşahidə olunub.
2023-cü ildə Avropada iş üçün ən çox yayılmış istiqamətlər Xorvatiya (icazələrin 95,3%-i), Litva (83,7%) və Rumıniya (78,5%) olub.
Ailəvi səbəblərə görə ən çox icazə verilən Aİ ölkələri Lüksemburq, İsveç, Belçika, İspaniya və Finlandiya olub.
İrlandiya və Fransa yeganə Aİ ölkələri olub ki, burada yaşayış icazəsi verilməsi üçün ən çox yayılmış səbəb təhsil olub (icazələrin müvafiq olaraq 45%-i və 33,3%-i).