2023-cü ildə Azərbaycandan xaricə daimi yaşamaq üçün köçənlərin sayı 2 dəfədən çox artıb.
Yeddi ayda Azərbaycana 1,5 milyon əcnəbi gəlib
FED.az xəbər verir ki, 2023-cü ildə ölkədən xaricə rəsmi olaraq 2483 nəfər köçüb.
2022-ci illə müqayisədə Azərbaycandan xaricə köçünlərin sayı 2,3 dəfə artıb. Xatırladaq ki, 2022-ci ildə xaricə 1069 nəfər köçmüşdü.
2023-cü ildə xaricə köçənlərin 1716 nəfəri qadın, 767 nəfər isə kişi olub. 2022-ci illə müqayisədə xaricə köçən kişilərin sayı 1,6 dəfə, qadınların sayı isə 3 dəfə artıb.
Xatırladaq ki, 2022-ci ildə xaricə 487 kişi, 582 qadın köçüb.
2023-cü ildə Azərbaycanı tərk edənlərin əksəriyyəti Rusiya və Türkiyəyə üz tutub – müvafiq olaraq 720 nəfər və 483 nəfər. Ötən il Rusiyaya köçünlərin sayı 1,6 dəfə, Türkiyəyə köçənlərin sayı isə 4 dəfədən çox artıb.
Ötən il ölkəni tərk edənlərin ən çox üz tutduğu ölkələrdən biri də ABŞ-dır – 145 nəfər, Almaniyaya 97 nəfər Gürcüstana 81 nəfər köçüb. Əvvəlki illə müqayisədə ABŞ-a köçənlərin sayında 4 qat artım var. Almaniya və Gürcüstana köçənlər isə 2 dəfə artıb.
Böyük Britaniyaya isə 2023-cü ildə 48 nəfr köçüb, bu da əvvəlki illə müqayisədə 2 dəfə artıqdır.
Bundan başqa, Azərbaycan vətəndaşları Qazaxıstan, Özbəkistan və Türkmənistana da köçüblər.
3638 nəfər isə başqa xarici ölkələrdən daimi yaşamaq üçün Azərbaycana gəlib. Ölkəyə ən çox Gürcüstan (1253 nəfər) və Rusiyadan (1235 nəfər) köç ediblər. Bundan başqa Azərbaycana Türkiyədən 396 nəfər, Ukraynadan isə 160 nəfər gəlib.
Ümumilikdə müstəqillik qazanandan bu yana – 1990cü ildən bəri – 463 min nəfər Azərbaycanı tərk edib. 302 min nəfər isə xaricdən ölkəyə gəlib.