Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi” tenderinin nəticələrini elan edib.
Bu şirkət Zəngilanda tikinti işlərindən 31 milyon - QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi Hünər-İnşaat Firması olub.
Qalib şirkətlə 30 822 705 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən 242 ədəd 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evləri tikiləcək.
Qeyd edək ki, Hünər-İnşaat Firması 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yunis Nəbiyev Nəbi oğludur. Hüquqi ünvanı AZ1154, Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə, ev 7A, m. 136, MƏH.1911 ünvanında yerləşir.