Fərdi sahibkar Azərbaycanın rayon və kəndlərindən hər hansı bir məhsul əldə etmək istəyən müştəridən ödənişi hansı yolla əldə edə bilər? Məsələn: Ağcabədidən bir müştəri hər hansı bir sosial şəbəkədə məhsulumuzu görüb müraciət edir ki, məhsulu Ağcabədiyə səfər edən avtobusunun sürücüsünə təhvil verim, ödənişi də sahibkarın kartına göndərim. Mən də ödəniş karta oturduqdan sonra nəzarət-kassa aparatına müvafiq məbləği daxil edib çeki məhsulla birlikdə müştəriyə göndərsəm, Vergi Məcəlləsinin hər hansı bir maddəsini pozmuş olaram?
Azərbaycanda bloger və infulenserlərdən vergi tutulacaq - YENİLİK, RƏSMİ
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci bəndinin müddəalarına əsasən, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, habelə ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalara aid edilib.
Eyni zamanda Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin müddəalarına əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib.
Qeyd olunanlara əsasən, məhsulun onlayn sifariş əsasında məsafədən müştəriyə pərakəndə qaydada satılması zamanı aparılan satış əməliyyatı nəzarət-kassa aparatında rəsmiləşdirilməklə məhsulun dəyərinin müştəri tərəfindən ödəniş kartı vasitəsilə fərdi sahibkarın bank əməliyyatları aparan şəxslərdə vergi ödəyicisi kimi açdığı hesaba bağlı kartına köçürülməsi qanunvericiliklə məhdudlaşdırılmır.
Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.












