Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi (1500016711) Respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması üzrə tender elan edib.
Zərdab rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 4 milyon 562 min manatdır.
Tenderdə iştirak etmək istəyənlər sənədlərini Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 ünvanına 8 oktyabra qədər təqdim etməlidirlər. Zərflərin açılışı da o vaxt olacaq.













