12 oktyabr 2026-cı il tarixində, saat 12:00-da “Legion Financial” ASC-nin (VÖEN: 2006222901) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 25A ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə yeni səhmlərin emissiyasi ilə şirkətin nizamnamə kapitalının artırılması məsələsi daxil edilib.
Səhmdarlar gündəlikdə yer alan məsələlərlə bağlı ətraflı məlumat almaq üçün 050 247 99 31 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, ASC 2020-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 3 milyon 910 min manatdır.
"Legion Financial” ASC daha da böyüyür - Səhmdarlar bu tarixdə toplaşır - İCLAS
12:05
10 Sen 2026












