Şuşa şəhərində yeni yaşayış massivinin tikintisi ilə bağlı iri dövlət satınalmasının nəticəsi müəyyənləşib.
FED.az xəbər verir ki, satınalan təşkilat “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” PHŞ, qalib şirkət isə “GM Construction” MMC olub.
Satınalmanın predmeti Şuşa şəhərinin D-3 yaşayış massivində birinci mərhələ üzrə 10 yaşayış binasının tikintisidir. Müqavilənin dəyəri 39 milyon 700 min 81 manat təşkil edir.
Satınalma üzrə müqavilənin icra müddəti 18 fevral 2027-ci ilədək nəzərdə tutulub.













