Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Mckinsey and Company (Azerbaijan0, INC” Şirkətinin Azərbaycandakı Filialı ilə satınalma müqaviləsi imzalayıb.
AYNA 190 minlik geyim alır – TENDER ELANI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində “Bakı şəhər, H.Əliyev prospektinin transformasiyası və şəhərsalma inkişafı konsepsiyası"nın inkişafı ilə bağlı təşkilati baza, inkişaf planının hazırlanması üçün məsləhət xidmətləri satın alınacaq.
Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 1 milyon 805,4 min manat təşkil edib.
Qeyd edək ki, “Mckinsey and Company (Azerbaijan0, INC” şirkəti Amerikanın beynəlxalq idarəetmə konsaltinq şirkətidir. 1926-cı ildə James O. McKinsey tərəfindən Çikaqoda qurulan şirkət dünyanın ilk idarəetmə konsaltinq firması tituluna malikdir.
Şirkətin Azərbaycandakı filialı 15 sentyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Mehmet Murat Kutalmış Gürsoydur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftmilər pr., ev.153, Port Baku, Şimal Qülləsi, 7-ci mərtəbədir.













