Azərbaycanda tikinti xidmətləri göstərən «Diadem» ASC-nin maliyyə göstəriciləri pisləşib – şirkətin gəlirləri kəskin azalıb, zərəri artıb, işçilərin bir hissəsi ixtisar edilib.
"Diadem" ASC-nin vəziyyəti kəskin pisləşib - ŞİRKƏT MƏNFƏƏTDƏN ZƏRƏRƏ KEÇİB - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, indiyədək 3,1 milyon manat yatırılmış «Diadem» ASC-nin iki sahibi var. Bunlar Nəbiyev Elbrus Ənvər oğlu (75%-in sahibidir) və Dostumalıyeva Kamalə Qocakişi qızıdır (25%in sahibidir).
Təsisçilərlə olan əməliyyatlara hələ qayıdacağıq, hələliksə şirkətin cari vəziyyəti barədə 2025-ci ildə «Diadem» ASC-nin gəlirləri kəskin şəkildə – 10 milyon manat və ya 30% azalaraq 30 milyon manatldan 20 milyon manata enib. Doğrudur, gəlirlərlə yanaşı, satışınmaya dəyəri də kəskin azalıb – 32 milyondan 15 milyon manata enib. Nəticədə şirkətin ümumi mənfəəti (gəlir – maya dəyəri) 4,3 milyon manat olub.
2025-ci ildə şirkətin iş həcmi kəskin azalıb. bunu inzibati xərclər də sübut edir, əmək haqqı qarışıq - 2024-cü ildəki 2,5 milyon manatdan 1,5 milyon manata enib. Üstəlik 2025-ci ildə «Diadem» ASC-nin 3,8 milyon manatlıq sair əməliyyat xərcləri də yaranıb. Təqribən 300 min manat isə sair əməliyyat gəliri olub.
Şirkət belə vəziyyətdə 650 min manat əməliyyat zərərinə çıxıb. Daha 7,7 milyon manat isə maliyyə xərcləri olub. Şirkət aldığı kredit və borclar üzrə 6,6 milyon manat faiz ödəyib.
Beləliklə, «Diadem» ASC 2025-ci ili 6,5 milyon manat xalis zərərlə başa vurub. Şirkət 2024-də də zərərlə işləmişdi – 5,% milyon, yəni zərər bu il daha da artıb.
2025-ci ildə «Diadem» ASC-nin aktivləri cüzi, təxminən 1 milyon manat artaraq 116 milyon manata yaxınlaşıb. Ötən il şirkətin uzunmüddətli aktivləri ümumilikdə artıb – 5,2 milyon manatdan 8,3 milyon manata qədər, amma artım əsasən vergi ödəmələri hesabına olub. Real uzunmüddətli aktivlər – torpaq, tikili və avadanlıqlar isə azalaraq 3,6 milyon manatdan 2,7 milyon manata enib.
Qısamüddətli aktivlər isə 2 milyon manat azalaraq 109 milyondan 107 milyon manata enib. Amma dəyişikulik təkcə rəqəmdə deyil, aktivlərin strukturunda ciddi dəyişiklik var.
Əvvəla ötən il şirkətin mal-material ehtiyatları az qala 3 dəfə azalaraq 31 milyondan 13 milyon manata düşüb.
Digər tərəfdən «Diadem» ASC-nin dibitor borcları sürətlə şişməyə başlayıb. 2024-ün sonunda 36 milyon manat olan debitor borclar 42 milyon manata yüksəlib. Görülmüş işlər isə 25 milyondan 43 milyon manat sıçrayıb.
Hesabatdan aydın olur ki, açıq etiraf edilməsə də, «Diadem» ASC-nin borcların geri yığılması ilə bağlı problemi var.
2025-ci ilin sonunda şirkətin öhdəlikləri 8 milyon manat artaraq 122 milyon manatı keçib. Bunun 19,7 milyon manatı qısamüddətli öhdəliklər, 103 milyon manat isə uzunmüddətli öhdəliklərdir.
Qısa müddətli öhdəliklərdə aid olan hissədə şirkətin kredit borcları 3 dəfə azalaraq 15.8 milyon manatdan 4,6 milyon manata enib. Əvəzində alınmış avanslar 5 dəfə artaraq 3 milyondan 14,4 milyon manata yüksəlib.
Öhdəliklərin maraqlı hissəsi alınmış borclarla bağlıdır. Hesabatdan aydın olur ki, «Diadem» ASC-nin böyük borclarının əhəmiyyətli hissəsi öh təsisçilərindən olan borclardır. Təsisçilərdən Kamalə Dostumalıyeva şirkətə 47 milyon manat, Elbrus Nəbiyev isə 19 milyon manat olmaqla ümumilikdə – 66 milyon manat borc veriblər. Maraqlıdır ki, pay bölgüsündə Elbrus Nəbiyevin payı daha böyük olsa da, Kamalə Dostumalıyeva şirkətə daha böyük borc verib.
Yeri gəlmişkən, «Diadem» ASC-nin 7,7 milyon manatlıq maliyyə xərcinin böyük hissəsini borclar üzrə faizlər təşkil edir ki, bunun da böyük hisəsi elə təsisçilərin özünə ödənilib. Təqribi hesablamalara görə, bu borclar illik təxminən 8-10% dərəcəsi ilə ayrılıb.
Öhdəlikləri belə kəskin artması aktivlərin isə yerində qalması nəticəsində «Diadem» ASC-nin kapitalı mənfiyə düşüb. Ardıcıl zərərlər şirkətin 3.j1 milyon manatlıq nizamnamə kapitalını əridib və nəticədə hazırda şirkətin cəmi kapitalı mənfi 6,9 milyon manatdır.
Hesabata görə, son bir ildə şirkətin işçiləri də ixtisar edilib və ilin əvvəlndəki 233 nəfərdən ilin sonunda 176 nəfərə düşüb. Nəticədə işçilərə verilən əmək haqqı da kəskin azalaraq 1,6 milyon manatdan 946 min manata enib.








![«Diadem» ASC-nin gəliri 10 milyon azalıb, zərəri artıb, kapitalı «mənfi»yə düşüb –[red] İXTİSARLAR VAR – HESABAT [/red] | FED.az](/upload/news/small/3469884.jpg)
![«Diadem» ASC-nin gəliri 10 milyon azalıb, zərəri artıb, kapitalı «mənfi»yə düşüb –[red] İXTİSARLAR VAR – HESABAT [/red] | FED.az](/upload/news/small/3734825.png)
![«Diadem» ASC-nin gəliri 10 milyon azalıb, zərəri artıb, kapitalı «mənfi»yə düşüb –[red] İXTİSARLAR VAR – HESABAT [/red] | FED.az](/upload/news/small/2734139.png)







