Azərbaycanda qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində nəzarət gücləndiriləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, əvvəlcə nəzarət tədbirlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanacaq.
Daha sonra qanunsuz küçə ticarətinə birgə nəzarət mexanizmi formalaşdırılacaq.
Tədbirin əsas icraçısı Daxili İşlər Nazirliyi olacaq. AQTA, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar prosesə cəlb ediləcək.
Yekun məqsəd qanunsuz küçə ticarəti hallarının azaldılmasıdır. Tədbir 2028–2032-ci illəri əhatə edir.













