Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında əməkdaşlıq və həyata keçirilən texniki yardım layihələri ətrafında fikir mübadiləsi aparılıb.
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun Taleh Kazımov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı əməkdaşlığın cari vəziyyəti, Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası, həyata keçirilən investisiya layihələri və gələcək perspektivlər müzakirə edilib.
T.Kazımov Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Saşa Bakesi təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.












