Azərbaycan Kino Agentliyi PHŞ İctimai Televiziya və Radio Yayımları Şirkəti (“İctimai” TV) ilə müqavilələr imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Agentlik “Mən, Lalə, bir də Şerlok Holms“ (alternativ adı “Mən, Lalə, bir də O”) tammetrajlı bədii filminin istehsalının həyata keçirilməsi və hüquqlarının satın alınması üçün “İctimai” TV-yə 500 min manat ödəyəcək.
Bundan başqa, “Cazda birinci" adlı tammetrajlı bədii filminin istehsalının həyata keçirilməsi xidmətlərinin və hüquqlarının satın alınması ilə bağlı ödəniləcək məbləğin həcmi 400 min manat təşkil edib.
Birmənbə metodu ilə baş tutan satınalmalarda Agentlikdə “İctimai” TV arasında imzalanmış müqavilələrin cəmi dəyəri 900 min manat olub.













