“Baku Steel Company” QSC açıq tender elan edib.
FED.AZ xəbər verir ki, tender ağır və xüsusi texnikaların icarəsi, həmçinin ölkədaxili daşımalar üzrə xidmətlərin satın alınmasını əhatə edir. Tenderdə iştirak ödənişsizdir.
İştirak üçün müraciət:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mir Cəlal küçəsi 15 (Dərnəgül)
Son təqdimetmə tarixləri:
- İlkin sənədlər (PDF) — 1 oktyabr 2026-cı il, saat 18:00-dək
- Kommersiya təklifi (Excel) — 8 oktyabr 2026-cı il, saat 18:00 -dək













