Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı keçirdiyi satınalmanı yekunlaşdırıb.
Heydər Əliyev prospekti yenidən qurulacaq - 1,8 MİLYON XƏRCLƏNƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Mühəndis Yol Təmir Tikinti” MMC olub.
Şirkətlə 1 milyon 159 min manat məbləğində satınalma müqaviləsinin bağlanıb. Satınalmanın predmeti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiridir.
Bu tenderdə diqqəti çəkən əsas məqam qalib şirkətin Xaçmaz Rayon İcra Hakimiyyətinin eyni istiqamətdə keçirdiyi satınalmada ilk dəfə qalib olmamasıdır.
Dövlət satınalmalarının vahid internet portalındakı məlumatların araşdırılmasına əsasən, “Mühəndis Yol Təmir Tikinti” MMC 2025-ci ildə də Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə tenderi qazanıb. Həmin müqavilənin dəyəri 1 milyon 357 min manat olub.
Beləliklə, Xaçmaz Rayon İcra Hakimiyyətinin eyni şirkət - “Mühəndis Yol Təmir Tikinti” MMC ilə iki il ərzində bu istiqamətdə bağladığı müqavilələrin ümumi dəyəri 2 milyon 516 min manat olub.
“Mühəndis Yol Təmir Tikinti” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 658 020 manat, qanuni təmsilçisi Rafiq İbrahim oğlu Səfərovdur.













