Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində Qeyri-yaşayış obyektlərinin tikintisi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Qusarda evlərin tikintisi ilə bağlı - TENDER KEÇİRİLİR
Qarabağda 48 milyon manatlıq tenderi udan - ŞİRKƏT MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderin qalibi Hünər-İnşaat Firması olub.
Qalib şirkətlə 30 822 705 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqaviləyə əsasən 264 yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, bazar kompleksi, çoxfunksiyalı bina, 1 mərtəbəli emalatxana binası, 1 mərtəbəli mərasim zalı, 1 mərtəbəli çayxana, 1-2 mərtəbəli inzibati bina və polis məntəqəsinin tikintisi planlaşdırılır.
Qeyd edək ki, Hünər-İnşaat Firması 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yunis Nəbiyev Nəbi oğludur. Hüquqi ünvanı AZ1154, Bakı şəhəri Nərimanov rayonu, İsmayıl Hidayətzadə, ev 7A, m. 136, MƏH.1911 ünvanında yerləşir