Xarici İşlər Nazirliyi nazirliyin inzibati binasında və həyətyanı sahəsində təmir işlərinin davamı olaraq cari təmir işlərinin satın alınması ilə bağlı təkliflər sorğusunun nəticələrini elan edib.
FED.az xəbər verir ki. tenderin qalibi "Salmanoğlu-İnşaat" MMC (VÖEN: 6600163961) olub.
Qalib şirkətə 291 949 manat ödəniləcək.
Xatırladaq ki, "Salmanoğlu-İnşaat" MMC daha öncə də nazirlikə 260 516 min manat dəyərindəki "Xarici İşlər Nazirliyinin inzibati binasında və həyətyanı sahəsində cari təmir işlərinin satın alınması" tenderinin qalibi seçilib (27.10.2022).