Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tenderin qalibini elan edib.
Milli Depozit Mərkəzi - Tender Elan Edir
FED.az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin inzibati binasında server və kommunikasiya infrastrukturunun yenidən qurulması üçün müxtəlif malların, işlərin və xidmətlərin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi "Azedunet” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi qalibə 1 milyon 044 min 125 manat ödəyəcək.