FED.az TENDER xəbər verir ki, “Azərsu” ASC-nin “Sutikinti” müəssisəsi tikinti materiallarının satınalınması məqsədilə KOTİROVKA SORĞUSU ELAN EDİR:
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana – Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A, “Azərsu” ASC-nin “Sutikinti” müəssisəsinin təchizat şöbəsinə (əlaqələndirici şəxs - mühəndis Ədalət Mustafayevə +994555107184) müraciət edə bilərlər.
Eləcə də bax: Mühafizə tenderlərini ən çox bu şirkət udur – SİYAHI, MƏBLƏĞLƏR
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş təkliflərini 25 dekabr 2018-ci il saat 15.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri “Azərsu” ASC-nin Bakı şəhəri, Mir Cəlal küçəsi 34 A nömrəli ünvanda inzibati binasında 26 dekabr 2018-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.
Tikinti materialları alınır - KOTİROVKA SORĞUSU
11:44
22 Dek 2018