“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən elan edilən tender ləğv olunub.
14 milyonluq alış dayandı: Nazirliyin tenderləri niyə ləğv edildi?
Dövlət qurumunun 706 minlik tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
FED.az xəbər verir ki, sözügedən tender 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair «Hexa vaccine» (6 valentli) vaksinin satınalınmasına dair planlaşdırılmışdı və ehtimal olunan qiymət 25 231 055 manat təşkil edirdi.
Tenderin rəsmi elanı 2 iyul 2025-ci il tarixində saat 14:18-də yayımlanıb. Təkliflərin təqdim olunması üçün son tarix 24 iyul 2025-ci il, saat 12:00 olaraq müəyyən edilmişdi. Elə həmin tarixdə zərflərin açılması da nəzərdə tutulmuşdu.
Lakin Satınalma Qanununun 36.1.1-ci bəndinə əsasən, müsabiqə ləğv olunub. Səbəb kimi təklif və təminat sənədlərini təqdim etmiş, eyni zamanda tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilir. Bu cür hallarda satınalma prosesi hüquqi əsaslarla dayandırılır.