Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən elan edilən tender ləğv edilib.
Dövlət qurumunun tenderinə uyğun təklif tapılmadı - DETALLAR
Üçdən az iştirakçı, daha bir avtomobil tenderinin sonu oldu - DETALLAR
FED.az xəbər verir ki, sözügedən tender daşınmaz əmlakın idarə olunması üçün nəzərdə tutulmuş “Billing” sisteminə texniki xidmətlərin göstərilməsi ilə bağlı elan edilmişdi.
Satınalma üzrə ehtimal olunan məbləğ 706 678 manat təşkil etsə də, müsabiqə nəzarət orqanının qərarı əsasında dayandırılıb. Ləğv edilmə səbəbi kimi rəsmi olaraq sadəcə “nəzarət orqanının qərarı ilə” ifadəsi qeyd olunub, əlavə təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, tender elanı 25 aprel 2025-ci il tarixində dərc olunmuş, iştirakçılardan təkliflərin qəbulu 22 may 2025-ci il saat 15:00-da başa çatmışdı. Elə həmin gün zərflərin açılışı da nəzərdə tutulmuşdu.
Lakin nəticə olaraq, təxminən 700 min manatlıq layihə üzrə satınalma icrası baş tutmadı və prosedur qeyri-müəyyən səbəblərlə ləğv edildi.