FED.az TENDER xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR
Tender 1 lot üzrə keçirilir.
Lot-1. Təmizlik üçün kimyəvi vasitələrin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
İddiaçının maddi-texniki bazası (illik dövriyyə, müştəri sayı və s.), siyahıda qeyd olunan malların anbarda mövcudluğu (faiz nisbi), iddiaçının təcrübəsi (illər üzrə), iddiaçının tender təklifinin şərtlər toplusunda göstərilən tələblərə uyğunluğu və (təqdim olunmuş sənədlər üzrə) iddiaçının tender qiymət təklifi.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvandan ala bilərlər. Əlaqələndirici şəxs Tural Quluzadə, telefon- (+99 412) 465 09 45; (+99 477) 277 32 60.
İştirak haqqı 500 manatdır.
Hh- AZ53AİİB33010019444805754148
VÖEN- 4700664781
Bank- “Kapital Bank” ASC-nin Qusar filialı
Kod- 200480
VÖEN- 9900003611
M/h- AZ37NABZ01350100000000001944
S.W.İ.F.T- AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 5 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının maddi-texniki bazası.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 fevral 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 12 fevral 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs Tural Quluzadə, əlaqə telefonları - (+99 412) 465 09 45; (+99 477) 277 32 60.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 fevral 2019-cu il saat 16.00-da Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 2-ci döngə, 2B nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Təmizlik üçün kimyəvi vasitələr alınır – TENDER
13:27
11 Yan 2019