Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb -quraşdırılması (1), eləcə də “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderlərin qalibi "Parlaq-N" MMC və "Simplex" QSC-dir.
Qalib şirkətlərə müvafiq olaraq 24,376 milyon manat və 241,673 milyon manat, ümumilikdə isə 266,05 milyon manat ödəniləcək.
Xatırladaq ki, "Simplex" şirkəti Təhsil Nazirliyinin digər tenderlərində də qalib elan olunub.