Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Sumqayıt şəhəri, eləcə də Bakının Yasamal və Suraxanı rayonlarında binaların tikintisi üçün böyük tenderlərin qaliblərini elan edib.
FED.az xəbər verir ki, ümumi məbləği 17 milyon manata keçən tenderləri 3 iri şirkət – «Hünər İnşaat Firması», «Conco» QSC və «Yar İnşaat Təmir-Tikinti» MMC qazanıb.
Artıq MİDA ilə şirkətlər arasında müvafiq olaraq 6,806 milyon manat, 6,645 milyon manat və 3,679 milyon manat məbləğli müqavilələr bağlanılıb.
Binaları aşağıdakı şirkətlər inşa edəcək:
1) Hünər İnşaat Firması
Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində - 7, 8 və 9 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi – 6 milyon 806 min 445 manat
2) Conco QSC
Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində - 4, 5 və 6 nömrəli 9 mərtəbəli 1 bloklu yaşayış binalarının və 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi – 6 milyon 645 min 194 manat
3) «YAR İNŞAAT TƏMİR-TİKİNTİ» MMC
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi – 3 milyon 679 min 397 manat