Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yeni məktəblərin tikintisinin layihə-smeta işləri üçün elan etdiyi tenderlərin qaliblərini açıqlayıb.
Eləcə də bax: Məcburi Köçkünlər Fondu 4,8 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLAYIB
FED.az xəbər verir ki, tenderləin ümumi məbləği 751 min manatdır.
Nazirlik:
"AZKOMMUNLAYİHƏ" ilə Şabran rayonu, Uzunboyad kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün 81 min 080 manat;
"SOSİAL-İNKİŞAF LAYİHƏ" MMC ilə Ağstafa rayonu, Sadıqlı kəndində 360 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün 87 min 830 manat;
"AZƏRDÖVLƏTSƏNAYELAYİHƏ" ilə Goranboy rayonu, Dəliməmədli şəhərində 960 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün 125 min 220 manat; Yevlax şəhər 5 nömrəli 960 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün 123 min 990 manat;
"BİMD" MMC ilə Şəmkir şəhərində 1600 şagird yerlik yeni tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün 208 min 370 manat;
"BAKİNŞAAT GROUP" MMC ilə Kürdəmir şəhər 5 nömrəli tam orta məktəbi üçün 960 şagird yerlik yeni binanın tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün 124 min 560 manat məbləğində müqavilələr bağlayıb.