Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsi üçün elan etdiyi tenderlərin qalibini elan edib.
Eləcə də bax: Şəhid ailələri və müharibə əlilləri üçün - ”NOVOSTROYKA”LARDAN 700 EV ALINIB
FED.az xəbər verir, tenderlərin qalibi "Bakinşaat Group" MMC və “Azertikinti-M” MMC olub. Tenderləin ümumi məbləği 4 milyon 856 min 645 manat olub.
"Bakinşaat Group" MMC yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisi işlərinin qalibi olub. Şirkətlə 3 milyon 801 min 401 manat məbləğində müqavilə bağlanıb.
“Azertikinti-M” MMC yeni yaşayış məhəlləsində klub-icma mərkəzinin və inzibati binasının tikintisi işlərini görəcək. Fond MMC ilə 1 milyon 55 min 244 manat məbləğində müqavilə bağlayıb.