Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 2 tenderə yekun vurub.
Təhsil Nazirliyi 11,6 milyon dəyərində 3 tenderə yekun vurub – QALİBLƏR
FED.az xəbər verir ki, “Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması” tenderinin qalibi “Fərid” firması olub.
Qalib şirkətə 1 826 877 manat ödəniləcək.
“Respublikanın bir sıra təhsil müəssisələrinin qazanxanalarına qaz xətlərinin çəkilməsi və sayğaçlarının quraşdırılmasının satınalınması” tenderinin qalibi “Enermus” QSC olub.
Qalib şirkətə 2 970 298 manat ödəniləcək.