Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 3 tenderə yekun vurub.
FED.az xəbər verir ki, “Quba rayonu, Hacıhüseynli kənd 528 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması” tenderinin qalibi “İnşaat Təmir-Tikinti və İstehsal Müəssisəsi” MMC olub.
Şirkətlə 5 118 867 manat məbləğində müqavilə imzalanıb.
“Şabran rayonu, E.Mütəllimov adına Ağalıq kənd 624 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması” tenderinin qalibi “Koneks Construction” MMC olub.
Şirkətlə 5 571 664 manat məbləğində müqavilə imzalanıb.
“Bakı Musiqi Akademiyasının binasının dam örtüyünün və onun nəzdində olan Opera Studiyasının əsaslı təmiri işlərinin satınalınması” tenderinin qalibi “Mühəndislik Tikinti Təchizat” MMC olub .
Şirkətlə 950 797 manat məbləğində müqavilə imzalanıb .