FED.az TENDER xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2019-cu ildə dekorasiya materiallarının satınalınması üçün AÇIQ TENDER ELAN EDİR:
Tender 2 (iki) lot üzrə keçirilir.
Lot-1. Səhnə kostyumlarının tikilməsi üçün parça materialları və bəzək aksessuarlarının satınalınması.
Lot-2.Tikinti materiallarının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, 28 May küçəsi, 8 nömrəli ünvandan (əlaqələndirici şəxs- Babayev Yuri Çingizoviçdən, telefon: (012) 493-61-05) ala bilərlər.
İştirak haqqı-
lot.1 100 manat və
lot. 2 50 manatdır.
Təşkilat- Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
H/h-AZ82İBAZ38090019449327254120
VÖEN-1400312651
Bank-“ABBPremyer” Müştəri Xidməti
Kod-805250
VÖEN-9900001881
M h-AZ03NABZ01350100000000002944
SWIFT: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanlarından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. Xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 4 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə 15 fevral 2019-cu il saat 17.00-dək möhürlənmiş, ikiqat zərflərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına (ünvan- Bakı şəhəri, 28 May küçəsi, 8) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 18 fevral 2019-cui il saat 14.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər
Teatr dekorasiya materialları alır – TENDER ELANI
09:37
18 Dek 2018