FED.az TENDER xəbər verir ki, İcra Hakimiyyəti 2018-ci ilin əvvəlindən bu günə kimi 12 satınalma müqaviləsi bağlayıb.Bağlanan müqavilələrin ümumi məbləği 3 mln 883 min 965 manat olub. Ən böyük müqavilə “Construction Texnology” MMC şirkəti ilə binaların dam örtüklərinin təmiri üçün bağlanan və 2 mln 987 min 701 manat dəyərində olan müqavilə olub.
İcra Hakimiyyətinin tenderlərinin 2 dəfə qalibi olan şirkətlər “Piksel” MMC və “Ximekspress-200” firması olub. Müvafiq olaraq bu şirkətlərlə bağlanan müqavilələrin dəyəri 75 min 204 manat və 165 min 131 manat təşkil edib.
Tenderlərin digər qalibləri və onlarla bağlanan müqavilənin dəyəri aşağdakı cədvəldə əks olunub.
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Sumqayıt ŞİH Corat qəsəbə İƏD üzrə İcra Nümayəndəliyi | Aventus MMC | Corat qəsəbə küçə işıqlarının çəkilişi işləri | 15 075 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti | Construction Texnology MMC | Çoxmənzilli binaların dam örtüklərinin təmiri işləri | 2 987 701 |
Sumqayıt ŞİH H.Zeynalabdin qəsəbə İƏD üzrə İcra Nümayəndəliyi | Piksel MMC | H.Zeynalabdin qəsəbəsində İstirahət, əyləncə və idman qurğularının quraşdırılması işləri | 30 000 |
Sumqayıt ŞİH H.Zeynalabdin qəsəbə İƏD üzrə İcra Nümayəndəliyi | Piksel MMC | Abadlıq işləri | 45 204 |
Sumqayıt ŞİH H.Zeynalabdin qəsəbə İƏD üzrə İcra Nümayəndəliyi | Ximekspress-2000 firması | H.Zeynalabdin qəsəbəsi küçə və parklarının asfalt örtüyünün təmiri işləri | 98 996 |
Sumqayıt ŞİH Corat qəsəbə İƏD üzrə İcra Nümayəndəliyi | Ximekspress-2000 firması | Corat qəsəbə küçə və yolların asfalt örtüyünün təmiri işləri | 66 135 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti | F/Ş: Sayılov Pərviz | Dəftərxana və təsərrüfat malları | 59 760 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti | Residence MMC | Əsaslı təmir işləri | 149 490 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti | Kaspian Gold MMC | Mebellər | 114 987 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti | Legenda Ltd MMC | Paltar və geyimlər, yataq ləvazimatları | 134 918 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti | Tac Holding MMC | Avadanlıqlar | 107 855 |
Sumqayıt Şəhər İcra Hakimiyyəti | Qarant Holding 2016 MMC | İdarənin xərcləri üzrə | 73 844 |