Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: KOBİA-ya məxsus şirkət icarəyə götürdüyü ofisə görə - 13 Min Manat Ödəyəcək
FED.az xəbər verir ki, tenderi "Azinvest İnşaat” QSC qazanıb.
"Bakı Telefon Rabitəsi" MMC GPON (Giqabit imkanlı passiv optik şəbəkə) texnologiyasının tətbiqi ilə mənzillərin telefonlaşdırılması, LTE (Simsiz Telefon Rabitəsi) texnologiyalarının tətbiqi ilə baza stansiyalarının quraşdırması və şəbəkəsinin genişləndirilməsi üçün qalib şirkətə 11 milyon 747 min 402 min manat ödəyəcək.